Ukraynanın baş naziri Denis Şmiqal rəsmi səfəri çərçivəsində bu gün Kanadaya gedib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın baş naziri Şmiqal, Kanadanın baş naziri Castin Trüdo və baş nazirin müavini Xristiya Friland ilə danışıqlar aparacaqlarını bəyan edib.
“Biz Ukraynanın makro-maliyyə və iqtisadi sabitliyini gücləndirmək üçün yeni memorandumlar və sazişlər hazırlayırıq”, - deyə o bildirib.
Şmiqal, Kanada mediasına verdiyi açıqlamada, Ukraynaya hərbi yardım üçün Kanada federal büdcəsindən ayrılan vəsaitdən məmnun olduğunu vurğulayıb.
Manşet.az