Almaniya ordusunun 2025-ci ilə qədər həm şəxsi heyət, həm də texnika çatışmazlığı səbəbindən NATO-da vəd etdiyi vəzifələri yerinə yetirə bilməyəcəyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya Quru Qoşunları komandanı general-leytenant Alfos Maisin Baş Qərargah rəisinə göndərdiyi 14 səhifəlik hesabatda Almaniyanın həm personal, həm də avadanlıq çatışmazlığına görə 2025-ci ilə qədər NATO-da vəd etdiyi öhdəlikləri yerinə yetirə bilməyəcəyi bildirilib.
"Bütün səylərə baxmayaraq, ordu yalnız 2025-ci ilə qədər məhdud bir əməliyyat hazırlığı qura biləcək".
Hesabatda bütün ordunun ehtiyatları müzakirə edilsə belə, ordunun 2025-ci ildə arzu olunan sistemlərlə tam təchiz olunmayacağına diqqət çəkilib.
Tədbir görülmədiyi təqdirdə şəxsi heyətin və materialların tükənəcəyi diqqətə çatdırılıb və bu səbəbdən müdafiə büdcəsinin davamlı olaraq artırılmasına çağırış edilib.
Manşet.az