Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı barədə məlumatın yalan olduğunu bildirib.
"The Washington Post"un Misirin Rusiyaya raket göndərməyi planlaşdırdığı xəbərini dəyərləndirən Peskov, "Bu, təkrarlanan saxta xəbərlərə bənzəyir. Bu cür xəbərləri belə qiymətləndirmək lazımdır" - deyib.
Manşet.az