Ukrayna və Rusiya üzərində uçuş məhdudiyyətləri 7 il uzadıldı

16:16 - 11 Aprel 2023

Ukrayna və Rusiya üzərində uçuş məhdudiyyətləri 7 il uzadıldı

“Ukrayna üzərində təyyarələr 2029-cu ilə qədər uçmayacaq”.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı Ukrayna üzərində mülki uçuşların bərpası ilə bağlı proqnozunu açıqlayarkən bildirib.

Ekspertlər bildiriblər ki, Ukraynadan başqa Moldova, Belarus və Rusiya hava məkanları da bu siyahıda yer alıblar.

“Ukrayna, Rusiya, Belarus və Moldova hava məkanlarındakı məhdudiyyətlər proqnoz üfüqünün sonuna (2029) qədər qüvvədə qalacaq”, - deyə sənəddə vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az