Rusiyada təhlükəli vulkan aktivləşdi: Ətraf kəndlərə kül yağdı – VİDEO

17:10 - 11 Aprel 2023

Rusiyada təhlükəli vulkan aktivləşdi: Ətraf kəndlərə kül yağdı – VİDEO

Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanının püskürməsindən sonra vulkanın ən azı 50 kilometrliyində yerləşən yaşayış məntəqələri küllə örtülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bölgədə əmələ gələn kül qatının qalınlığı 8 santimetr yarıma çatıb. Bunun son 60 ildə görülən ən dərin kül təbəqəsi olduğu bildirilir.

Rusiyanın Kamçatka bölgəsində ən aktiv vulkan kimi tanınan Şiveluç vulkanı təxminən 6 aydan sonra yenidən aktivləşib. Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutundan verilən açıqlamaya görə, vulkanın püskürməsindən sonra kül buludları 15-20 kilometr yüksəkliyə qalxıb. Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini bürüyüb.

Vulkanın ətrafında heç bir təhlükə olmasa da, bölgəyə yayılan küllər sakinlərin həyatına mənfi təsir göstərib. Bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını açıqlayıb, məktəblərin fəaliyyəti müvəqqəti dayandırılıb. Evlərin içməli su xətlərinin də zədələndiyi, kranlardan palçığın axdığı və sakinlərin təmiz su ilə təmin olunmasına çalışıldığı bildirilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az