Ermənilər artilleriya və PUA-lardan istifadə edir - YENİLƏNİB

19:55 - 11 Aprel 2023

Ermənilər artilleriya və PUA-lardan istifadə edir - YENİLƏNİB

Ermənistan tərəfi artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır.

“Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Ermənistan buna görə çox ciddi cavab verəcək”, - məlumatda qeyd olunub.

***19:07

Ermənistan ordusu yenə ənənəvi “döyüş taktikası”na əl atıb.

 

Manset.az  “Caliber”ə istinadən xəbər verir  ki, erməni hərbçiləri Dığ kəndi istiqamətində mövqelərini ataraq qaçıblar.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənistan ordusunun xeyli sayda itki verdiyi bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az