“Aİ-nin sülh səyləri heç kimə qarşı yönəlməyib” - Toivo Klaar

20:05 - 11 Aprel 2023

“Aİ-nin sülh səyləri heç kimə qarşı yönəlməyib” - Toivo Klaar

“Aİ-nin Cənubi Qafqazda sülhün bərqərar olması səyləri heç kimə qarşı yönəlməyib”.

 

Manset.az xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən konfransda Aİ-nin region üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

Müzakirələr zamanı Klaar qeyd edib ki, Aİ-nin Cənubi Qafqazda iştirak səviyyəsi xüsusilə 44 günlük müharibədən sonra artıb.

“Regionun müsbət inkişafı Aİ-nin maraqlarına uyğundur. Bizim bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və bizim arzumuz budur ki, burada sülh və sabitlik olsun”, - Avropa rəsmisi bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az