Mirzoyan Rudenko ilə görüşdü

20:19 - 11 Aprel 2023

Mirzoyan Rudenko ilə görüşdü

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko arasında görüş baş tutub.

 

Manset.az  Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflər müzakirə zamanı Avrasiya məkanında təhlükəsizliyi gücləndirmək və əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin pozulmasının qarşısını almaq üçün ümumi niyyətlərini təsdiqləyiblər.

Rəsmilər həmçinin Cənubi Qafqazda ümumi vəziyyəti, o cümlədən region ölkələri ilə münasibətlərin normallaşması, nəqliyyat və iqtisadi əlaqələrin intensivləşməsi məsələlərini müzakirə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az