Çavuşoğlu Bolqarıstana gedir

22:09 - 11 Aprel 2023

Çavuşoğlu Bolqarıstana gedir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sabah iftar proqramında iştirak etmək üçün Bolqarıstana səfər edəcək.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki,  bu barədə Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Səfər çərçivəsində nazir Çavuşoğlu iş adamları, tələbələr və qohum cəmiyyət nümayəndələri ilə görüşəcək.

Çavuşoğlunun səfəri ilə bağlı açıqlamada bildirilib ki, “Onun Şumendə iş adamlarımıza müraciət etməsi, iftar proqramı münasibətilə tələbələr və qohum cəmiyyət nümayəndələri ilə görüşməsi nəzərdə tutulur”.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az