"Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə görüşdə ölkə iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib".
Manset.az xəbər verir ki, Putin ilin birinci rübündə icmal büdcə gəlirlərinin 13 trilyon rublu keçdiyini bəyan edərək, Rusiya qtisadiyyatı ü üçün hələ də xarici təhdidlərin olduğunu, bunun fərqində olduqlarını qeyd edib.
Ölkə iqtisadiyyatının bu ilin ilk rübündə yaxşı performans göstərdiyini açıqlayan Putin qeyd edib ki, bu ilin birinci rübündə konsolidasiya edilmiş büdcə gəlirləri 13 trilyon rublu keçib. Neft və təbii qaz istisna olmaqla, gəlirlər 14 faiz artaraq 1,4 trilyon rubla çatıb:
"Neft və təbii qaz gəlirləri 1,3 trilyon rubl azalıb. İqtisadiyyatımız üçün hələ də xarici təhlükələr var və biz bunu yaxşı bilirik. Hər şeyin öz-özünə yaxşı olacağına inanaraq, bu məsələdə rahatlaşmaq, vəziyyəti axmağa buraxmaq düzgün olmazdı, buna haqqımız yoxdur”.
Ölkə iqtisadiyyatında, xüsusilə avtomobil, ağac emalı, kimya məhsulları istehsalı və gübrə sektorlarında çətinliklərin davam etdiyinə diqqət çəkən Putin, bu sahələrdəki problemlərin həlli üçün müxtəlif addımların atılacağını bildirib.
Rusiyadakı şirkətlərin çətin şərtlərə baxmayaraq kütləvi ixtisarlara əl atmadığını açıqlayan Putin, “İndi vəziyyət kökündən dəyişib, ölkədə işsizlik nisbəti 3,5 faizlə tarixin ən aşağı səviyyəsindədir, kifayət qədər işçi yoxdur. əksər bölgələrdə" - deyı əlavə edib.
Putin məşğulluq boşluğu ilə bağlı problemlərin texnologiyadan istifadə etməklə həll edilməli olduğunu vurğulayıb.
Jalə
Manşet.az