Bu ölkə həftəlik iş vaxtını 45 saatdan 40 saata azaltdı

12:21 - 12 Aprel 2023

Bu ölkə həftəlik iş vaxtını 45 saatdan 40 saata azaltdı

Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çili prezidenti Qabriel Boriç hökumətinin parlamentə təqdim etdiyi və 127 səs lehinə 14 əleyhinə səslə qəbul edilən qanun layihəsi 5 il ərzində ölkədə həftəlik iş vaxtının mərhələli şəkildə 45 saatdan 40 saata endirilməsini nəzərdə tutur.

Səsvermə ilə bağlı açıqlama verən Çilinin əmək naziri Jeannette Jara, "Bu gün bəzilərinə qeyri-mümkün görünsə də, işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağın mümkün olduğunu göstərdi" – deyib.

Yeni qanuna əsasən, həftəlik iş vaxtı birinci ildə 44 saata, üçüncü ildə 42 saata, beşinci ildə isə 40 saata endiriləcək.

Çilidə həftəlik iş vaxtı 2005-ci ildə 48 saatdan 45 saata endirilmişdi.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az