Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları tədarük etmək qərarı ukraynalılar və ruslar üçün “ciddi təhlükə”dir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mariya Zaxarova deyib ki, “Britaniya Ukraynaya tükənmiş uran sursatları verməklə Ukrayna torpaqlarını yanmış və kimsəsiz diyara çevirmək istəyir. Orada nə rusca, nə də ukraynaca danışılmayacaq, yalnız sükut olacaq. Pripyat və Çernobıldakı kimi”.
Britaniya Müdafiə Nazirliyinin rəsmisi, tükənmiş uranın "standart komponent olduğunu və nüvə silahları ilə heç bir əlaqəsi olmadığını" qeyd edərək, "Britaniya Ordusu onilliklərdir ki, zirehli mərmilərdə tükənmiş urandan istifadə edir" – deyib.
"Rusiya bunu bilir, amma bilərəkdən dezinformasiyaya çalışır. Royal Society kimi qrupların alimləri tərəfindən aparılan müstəqil araşdırmalar, tükənmiş uran sursatlarının istifadəsinin şəxsi sağlamlıq və ətraf mühitə az təsir göstərəcəyini qiymətləndirib”.
Manşet.az