Şahzadə Harri İngiltərə kralı Çarlzın tacqoyma mərasimində iştirak edəcək
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Şahzadə Harrinin mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcəyi, lakin onun həyat yoldaşı Meqan Marklın uşaqları ilə birlikdə Kaliforniyada qalacağı bildirilir.
Bukinqem Sarayından verilən açıqlamada, Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da yaşamağa başlayan Sasseks hersoqu şahzadə Harrinin atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacağı təsdiqlənib.
Açıqlamada Susseks hersoginyasının Kaliforniyada Şahzadə Arçi və Şahzadə Lilibetlə qalacağı bildirilib.
Bu açıqlama cütlüyün tacqoyma mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı müzakirələrdən sonra verilib.
Jalə
Manşet.az