Avstriya Xarici İşlər Nazirliyi Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada digər ölkələr kimi Avstriyanın da Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərarları icra etməyə borclu olduğu vurğulanıb:
“Heç kim qanundan üstün deyil. Bütün cinayətlər boşluq buraxmadan aydınlaşdırılmalıdır, onları cəzasız qoymaq olmaz. Bu, məhkəmənin həbs qətimkan tədbirinin icrası və axtarışda olan şəxsin tutulması deməkdir. Bu, təbii ki, prezident Putinə də aiddir”.
Bununla belə, Putinin məhkəməyə tabe olan 123 üzv ölkəyə səfər edərək bu riskə getməyəcəyi də qeyd edilib.
Manşet.az