Şimali Koreyadan ballistik raket həyəcanı - Xalqa təxliyyə çağırışı edildi

10:18 - 13 Aprel 2023

Şimali Koreyadan ballistik raket həyəcanı - Xalqa təxliyyə çağırışı edildi

Yaponiya hökuməti Şimali Koreyanın ballistik raketi sınaqdan keçirdiyini açıqlayıb, "J-Alert" erkən xəbərdarlıq sistemi xalqı təxliyyəyə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın yerli vaxtla saat 08:00 radələrində ballistik raket atdığını açıqlayıb. Yaponiya Sahil Mühafizəsi ballistik raketin ölkənin şimalındakı Hokkaydo bölgəsinə düşə biləcəyi ilə bağlı məlumat yayıb.

"J-Alert" erkən xəbərdarlıq sistemi ərazidəki sakinləri binaların və ya yeraltı sığınacaqların içərisində təxliyə etməyə çağırıb. Nazirlik ballistik raketin Hokkaydo sahillərinə düşdüyünü açıqlayıb. Ərazidə evakuasiya çağırışı geri götürülüb.

Bölgədəki sürətli qatarların hərəkəti qısa müddətə dayandırılıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri testin Şimali Koreyanın şərq sahilindən keçirildiyini təsdiqləyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az