Afrikanın cənub-şərq sahillərində “Freddi” qasırğası nəticəsində Malavidə ölənlərin sayı 1000 nəfərə çatıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, evlərə, körpülərə, məktəblərə və yollara ciddi ziyan dəymiş ölkədə qasırğa nəticəsində iqtisadi fəaliyyət də pozulub. Ümumdünya Meteorologiya Təşkilatı fevral ayında başlayan və bir aydan çox davam edən Freddi qasırğasının tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.
Malavi prezidenti Lazarus Çakvera mətbuata açıqlamasında qasırğanın yaratdığı dağıntılar və ölənlərin sayı barədə məlumat verib. Qasırğa səbəbiylə ölənlərin sayının 1000-ə yüksəldiyini bildirən Çakvera, yarım milyondan çox insanın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib:
"İqlim dəyişikliyinin yaratdığı dağıntılar nəticəsində evlər, körpülər, məktəblər və müəssisələr dağılıb, yollar, elektrik xətləri və əkin sahələrinə ziyan dəyib".
Manşet.az