Ukrayna Federal Statistika İdarəsi 2022-ci ili əhatə edən Ukraynanın ümumi daxili məhsulunun (ÜDM) yekun artım məlumatlarını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən il Ukraynanın ÜDM-i 29,1 azalıb. Statistika İdarəsi ölkə iqtisadiyyatının demək olar ki, üçdə bir qədər kiçilməsinin “səbəbini” dəqiqləşdirməsə də, Ukrayna hökuməti tənəzzülün səbəbi kimi Rusiya ilə 2022-ci ilin fevralından davam edən müharibənin infrastrukturun məhv edilməsini və iqtisadi fəaliyyətin pozulmasını göstərib.
Ukrayna hökumətinə görə, sözügedən müharibə səbəbindən ölkə müstəqillik tarixində ən böyük itki və ziyana məruz qalıb, eyni zamanda, keçən il ÜDM-in 29,1 faiz azalması ölkə iqtisadiyyatının müharibənin başladığı 2022-ci ilin fevralında ekspertlər tərəfindən proqnozlaşdırılan 40-50 faiz azalacağı ilə bağlı proqnoza uyğun gəlməyib.
Dünya Bankının məlumatlarına görə, 2021-ci ildə Ukraynanın ÜDM-i əvvəlki illə müqayisədə təxminən 3,4 faiz artaraq təxminən 200 milyard dollara çatmışdı.
Manşet.az