Pentaqonun gizli sənədlərini sızdıran adam tutuldu

11:44 - 13 Aprel 2023

Pentaqonun gizli sənədlərini sızdıran adam tutuldu

ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) məxsus məxfi sənədləri və yazışmaları sızdıran şəxsin 20 yaşlarında bir şəxs olduğu ortaya çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da məxfi sənədləri sızdıran və milli təhlükəsizlik araşdırmasına səbəb olan şəxsin hərbi bazada işləyən 20 yaşlı silah həvəskarı olduğu iddia edilib.

Washington Post qəzetindəki xəbərdə sənədlərin təxminən 24 nəfərin olduğu anlıq mesaj tətbiqi olan “Discord” qrupunda paylaşıldığı bildirilir.

Discord dünən verdiyi açıqlamada polislə əməkdaşlıq etdiyini bildirib.

ABŞ-da Ukraynanın hava hücumundan müdafiə sistemlərindən İsrailin kəşfiyyat təşkilatı Mossad-a qədər bir çox mövzuda məxfi məlumatları ehtiva edən sənədlər mart ayının əvvəlində sızdırılaraq sosial media platformalarında yayılmağa başlamışdı.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az