Pakistanın Kəraçi şəhərində fabrikdə yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistanın Kəraçi şəhərində fabrikdə baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb. Qısa müddətdə fabrikin bəzi hissələri dağılıb, hadisə yerinə çoxlu yanğınsöndürən və ilk yardım qrupu göndərilib.
Səlahiyyətlilər yanğına müdaxilə edən 4 yanğınsöndürənin hadisə yerində öldüyünü, 13 nəfərin yaralandığını bildirib. Xəsarət alanlar arasında 11 yanğınsöndürən və 2 mülki vətəndaşın olduğu, yaralıların müalicə olunmaq üçün xəstəxanaya aparıldığı bildirilib.
Manşet.az