Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna xarici işlər naziri Dmitro Kulebanın "Qara dəniz Baltik dənizi kimi NATO dənizi olmalıdır" açıqlaması ilə bağlı fikir bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qara dənizin ortaq dəniz olduğuna diqqət çəkən Peskov, “Qara dəniz bütün sahilyanı dövlətlər üçün ortaq dənizdir. Əməkdaşlıq, qarşılıqlı fəaliyyət və təhlükəsizlik dənizi olmalıdır. Onun da bölünməz təhlükəsizliyi olmalıdır”, - deyə o bildirib.
O, Kulebanın açıqlamalarında ziddiyyətlər olduğunu qeyd edərək, “Qara dəniz heç vaxt NATO dənizi olmayacaq” - deyib.
Manşet.az