"Togg" bütün dünyada istifadə ediləcək - Fuat Oktay

20:48 - 13 Aprel 2023

\"Togg\" bütün dünyada istifadə ediləcək - Fuat Oktay

Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq.

 

Manset.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb:

“Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.

F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir:

“İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.

Qeyd edək ki, "Togg" Türkiyənin ilk yerli elektromobilidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az