Almaniyanın müdafiə naziri Makronun bəyanatlarını tənqid etdi - "Uğursuz" adlandırdı

21:35 - 13 Aprel 2023

Almaniyanın müdafiə naziri Makronun bəyanatlarını tənqid etdi - \"Uğursuz\" adlandırdı

Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa prezidenti Emmanuel Makronun ABŞ-ı tənqid etməsini “uğursuz” hesab etdiyini bildirib.

 

Maset.az Sabah-a istinadən xəbər verir ki, Almaniyanın ZDF telekanalına danışan müdafiə naziri Boris Pistorius Makronun bəyanatlarının əksinə olaraq, Avropa müttəfiqləri ilə ABŞ arasında beynəlxalq təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlığa çağırıb.

Pistorius ittifaqa zərər verə biləcək açıqlamalara qarşı xəbərdarlıq edərək, "Mən bu açıqlamaları uğursuz hesab edirəm, amma Yelisey sarayının da müəyyən qədər özünü düzəltdiyini düşünürəm", deyib.

Avropa Birliyinin  xarici siyasətdə səsini eşitdirə bilməsi lazım olduğunu vurğulayan Pistorius qeyd edib ki, eyni zamanda müttəfiqləri ABŞ ilə koordinasiyada öz mövqelərini  tapmağı bacarmalıdırlar:
 
"Hazırda müxtəlif mövqelərdə və ya arasında bölücü maneələrin qoyulmasına icazə verməyimizin bizə heç bir faydası yoxdur. Bu, yalnız Çinin xarici siyasətinə kömək edir." 

Qeyd edək ki, Makron ABŞ Aİ-nin “strateji muxtariyyətinə” uyğun hərəkət etməli və Aİ-ni ABŞ və Çin arasında Tayvanla bağlı hər hansı münaqişəyə cəlb etməkdən çəkinməlidirdeyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az