Hollandiya hökuməti dözülməz ağrıları olan və sağalmaq ümidi olmayan 12 yaşından kiçik uşaqlar üçün evtanaziyaya icazə verməyə hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və hökumət tərəfdaşları tərəfindən razılaşdırılan əsasnamənin bu gün Nazirlər Şurasına təqdim edilməsi gözlənilir.
Dünyada evtanaziyanı qəbul edən ilk ölkə olan Hollandiyada 2002-ci ildən bu yana sağalmaz xəstəlikləri olanların müəyyən şərtlər altında ölməsinə icazə verilib.
Bununla belə, bu proqram yalnız 12 və daha yuxarı yaşda olan şəxsləri əhatə edir.
Mütəxəssislər təklif ediblər ki, qayğı və müalicə yetərli olmayan 1-12 yaşlı uşaqlara həyatlarının son mərhələsində ölüm hüququ verilməlidir.
Səhiyyə Nazirliyinin hazırladığı əsasnamə 1 yaşa qədər uşaqları əhatə etmir.
Manşet.az