Finlandiya ilk NATO təlimini başa vurdu

12:06 - 14 Aprel 2023

Finlandiya ilk NATO təlimini başa vurdu

Finlandiya, Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Almaniyanın FGS Mecklenburg-Vorpommern və Portuqaliyanın NRP Bartolomeu Dias freqatlarının aprelin 16-dək paytaxt Helsinkidə lövbərdə qalacağı bildirilib.

Helsinkidə yanaşmazdan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Finlandiya körfəzində üç Fin gəmisi ilə təşkil olunan təlimdə iştirak ediblər.

Beləliklə, Finlandiya alyans üzvü kimi ilk NATO təlimini başa vurub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az