Tvitterdə gözlənilən YENİLİK

13:27 - 14 Aprel 2023

Tvitterdə gözlənilən YENİLİK

Tvitter sosial şəbəkəsi maksimum mesaj ölçüsünü 10 000 simvola qədər artırıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatı "Twitter Write" yayıb.

Əvvəllər mesaj maksimum 4000 simvoldan ibarət idi.

Həmçinin sosial şəbəkə "Twitter Blue" abunəliyi olanlara mətni qalın və ya kursivlə formatlamaq imkanı verir.

“Biz tvitterdədə yazmaq və oxumaq təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən tvitter mətni qalın və ya kursivlə formatlamaq imkanı ilə 10.000 simvola qədər olan mesajları dəstəkləyir”, - deyə "Twitter Write" bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az