Ukrayna ilə bir ildən artıqdır müharibədə olan Rusiya prezidenti Putinin sağlamlıq durumu ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İddianın mənbəyi ABŞ-ın bir müddət əvvəl sızan məxfi sənədləri və yazışmaları olduğu açıqlanıb.
ABŞ və İngiltərə mətbuatında çıxan xəbərlərdə Rusiya lideri Putinin bir müddətdir xərçənglə mübarizə apardığı, kimyaterapiya müalicəsinə başladığı da iddia edilib.
Putinin müalicə alması ilə bağlı iddialara əlavə olaraq, Rusiya ordusunun yüksək vəzifəlilərinin bilərəkdən müharibəni uduzmağı planlaşdırdıqları da irəli sürülüb.
53 səhifəlik sənədlərdə bu çevrilişin arxasında Rusiya Milli Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun durduğu bildirilir.
Manşet.az