Rusiya Xarici İşlər Nazirliyi Norveçin 15 rus diplomatı ölkədən qovmaq qərarına cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın Oslodakı səfirliyinin sözçüsü Timur Çekanov Norveç hökumətinin qərarını “son dərəcə düşməncəsinə addım” kimi qiymətləndirib.
Norveçin xarici işlər naziri Anniken Huitfeldt Rusiyanın cavab qərarı ilə bağlı suala Moskvanın bu istiqamətdə addım atması üçün heç bir səbəb olmadığını ifadə edərək, “Bizim diplomatlarımız Rusiyaya casusluq etmir” - cavabını verib.
Manşet.az