İsraildə banklar da daxil olmaqla internet saytlarına haker hücumu oldu

21:38 - 14 Aprel 2023

İsraildə banklar da daxil olmaqla internet saytlarına haker hücumu oldu

İsraildə milli poçt şirkətinin, iri bankların və elektrik şirkətlərinin saytlarına kiberhücum olub.

 

Manset.az-ın İsrail mətbuatına istinadən xəbərinə görə, İranın bir çox şəhərində keçirilən “Dünya Qüds Günü” yürüşləri ilə eyni vaxtda “Anonim Sudan” adlı hakerlər bəzi internet saytlarına hücum edib.

İsrail poçt şirkəti, adı açıqlanmayan böyük banklar və elektrik şirkətinə kiberhücum səbəbindən qısa müddət ərzində daxil olmaq mümkün olmayıb.

Hücumdan sonra yenidən xidmətə başlayan bu saytlardan əhəmiyyətli məlumat sızmasının olmadığı açıqlanıb.

Milli Kibertəhlükəsizlik Təşkilatı qeyd edib ki, bankların güclü mühafizə sistemləri sayəsində hakerlər daxili sənədlər və ya fayllara deyil, yalnız müştəri ilə əlaqəli interfeysə daxil olub.

Kiberhücum cəhdinin bankların daxili sistemlərinə daxil ola bilmədiyi və marketinq səhifələri ilə məhdudlaşdığı bildirilib.

Sözügedən qrup həmçinin Tel-Əviv Universiteti, Qüds İvrit Universiteti, Negev Ben-Qurion Universiteti, Hayfa Universiteti, Weizmann Elm İnstitutu, İsrail Açıq Universiteti və Reichman-ın internet saytlarına da kiberhücum edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az