Mask və Tramp Krıma dəvət edildi

14:43 - 15 Aprel 2023

Mask və Tramp Krıma dəvət edildi

Krım parlamentinin rəhbəri Vladimir Konstantinov ABŞ-nin keçmiş prezidenti Donald Tramp və amerikalı iş adamı İlon Maskı yarımadaya səfərə dəvət edib.

 

Manset.az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Biz İlon Maska hər şeyi yerində görmək üçün dəvət etməyə hazırıq. Əminəm ki, Tramp gəlmək istəsə, onunla görüşəcəyik. Və belə bir səfərdən sonra bir çox məsələlər başqa cür həll olunacaq”.

Qeyd edək ki, oktyabr ayında Mask Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün öz planını təklif edib. Xüsusilə, o, Krımın Rusiya ərazisi kimi tanınmasını və bu yaxınlarda Rusiyaya qoşulan ərazilərdə BMT-nin nəzarəti altında yenidən referendumların keçirilməsini istəyib. İş adamının açıqlamaları böyük rezonans doğurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az