Zelenskidən bu rusiyalı idmançılara SANKSİYA

17:35 - 15 Aprel 2023

Zelenskidən bu rusiyalı idmançılara SANKSİYA

Ukrayna Prezidenti Volodimir Zelenski bir sıra rusiyalı idmançıya, o cümlədən fiqurlu konkisürmə üzrə məşqçi və xoreoqraf İlya Averbux və CSKA Moskva klubunun futbolçusu İqor Akinfeyevə qarşı sanksiya tətbiq edib.

 

Manset.az xəbər verir ki, fərman Ukrayna Prezident Aparatının saytında yerləşdirilib.

Sənədə əsasən, məhdudlaşdırıcı tədbirlər on il müddətində qüvvədə olacaq. Siyahıya həmçinin fiqurlu konkisürənlər İvan Bukin və Dmitri Əliyev, futbolçular Yuri Qazinski və Diniyar Bilyaletdinov, gimnast Artur Dalaloyan da daxil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az