Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu

18:13 - 15 Aprel 2023

Erməni deputat bayrağa görə üzr istədi, təhqir olundu

Ermənistanlı deputat Hovik Ağazaryan Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, erməni deputat bu haqda sosial şəbəkədə paylaşım edib.

“Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm”, - deyə qeyd edib.

Deputatın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb, bu etiraf ona baha başa gəlib. Belə ki, ermənilər növbəti dəfə öz dözümsüzlüyünü, barbarlığını nümayiş etdiriblər. Paylaşımının rəy hissəsində deputatın ünvanına olduqca kəskin tənqid və təhqirlər yazıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az