Pakistanlı nazir yol qəzasında öldü - FOTO

10:07 - 16 Aprel 2023

Pakistanlı nazir yol qəzasında öldü - FOTO

Pakistanda dini işlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 15-də axşam saatlarında İslamabadda nazirin avtomobilinin digər avtomobilə çırpılması nəticəsində baş verib. Nazir ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif nazirin vəfatı ilə bağlı başsağlığı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az