Polşa və Macarıstan Ukraynadan taxıl və ərzaq idxalına qadağa qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı qərara reaksiya verib.
Aİ Komissiyasının kənd təsərrüfatı və ticarətdən məsul sözçüsü Miriam Qarsia Ferrer "birtərəfli hərəkətlərin qəbuledilməz olduğunu" açıqlayıb.
Polşa və Macarıstanın qadağa ilə bağlı açıqlamalarını yaxından izlədiklərini deyən Ferrer, "Ticarət siyasəti Aİ-nin xüsusi səlahiyyətindədir. Bu səbəbdən birtərəfli hərəkətlər qəbuledilməzdir" – deyib.
Ferrer bildirib ki, çətin anlarda Aİ daxilində bütün qərarların əlaqələndirilməsi və uyğunlaşdırılması çox vacibdir.
Manşet.az