İspaniyanın Fransa ilə sərhədində yerləşən Portbou qəsəbəsində başlayan və Pireney dağ silsiləsinə qədər uzanan yanğın nəticəsində Fransada 930 hektar meşə sahəsi külə dönüb, 300 nəfər təxliyə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünən İspaniya-Fransa sərhədində yerləşən Portbou qəsəbəsində hələ naməlum səbəbdən yanğın baş verib. Pireney dağ silsiləsinin Fransa sərhəddindəki hissəsinə yayılan alov 930 hektar meşəlik ərazini külə çevirib.
Səlahiyyətlilər tərəfindən verilən açıqlamada, səmanı bürüyən tüstü səbəbindən iki ölkəni birləşdirən yolların bağlandığı, qatarların hərəkətinin ləğv edildiyi qeyd edilib.
Manşet.az