Slovakiya da Ukraynadan taxıl idxalını dayandırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi Ukrayna taxılında aparılan analizlər nəticəsində “pestisidlərin” aşkar edildiyini əsas gətirərək, Ukraynadan taxıl və digər ərzaq məhsullarının idxalını dayandırdığını açıqlayıb.
Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir:
"Artıq saxlanılan Ukrayna taxılının və ununun emalı və bazara çıxarılması qəti qadağandır. Yoxlanılan nümunədə Avropa İttifaqında icazə verilməyən və insan sağlamlığına mənfi təsir göstərən pestisidin olması təsdiqlənib. Slovakiya Respublikasının Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi digər tabeliyində olan qurumlarla birlikdə Ukraynadan Slovakiyada saxlanılan bütün taxıl və un nümunələrinin toplanmasını təmin edəcək”.
Manşet.az