Lavrov xarici səfərə fərqli geyimdə getdi, müzakirəyə səbəb oldu - FOTO

18:00 - 17 Aprel 2023

Lavrov xarici səfərə fərqli geyimdə getdi, müzakirəyə səbəb oldu - FOTO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyaya rəsmi səfər edib. Rusiyalı nazirin səfərə rəsmi geyimdə getməməsi diqqət çəkib.

 

Manset.az xəbər verir ki, Rusiya XİN-in Tvitter hesabında paylaşdığı fotolardan görünür ki, Lavrov səfərə cins şalvar və idman ayaqqabısı ilə yollanıb.

Lavrovun bütün tədbirlərə rəsmi geyimdə qatılması fonunda onun bu səfərə qeyri-rəsmi formada yollanması sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.

Qeyd edək ki, Sergey Lavrov 2016-cı ildə Monqolustana səfəri zamanı da qeyri-rəsmi geyimə üstünlük vermişdi. Nazir bu zaman da öz seçiminə görə müzakirələrə səbəb olmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az