Ukraynanın xarici işlər naziri Dmitro Kuleba İraqın paytaxtı Bağdada səfər edib.
Manset.az Hurriyet.com- a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdən sonra iki nazir birgə mətbuat konfransı keçirib. Konfransda Hüseyn ölkəsinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün cəhd göstərdiyini deyib:
"İraq atəşkəs tərəfdarı olduğunu, eyni sözləri Bağdada səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrova da bildirdim.Moskva ilə Kiyev arasında danışıqlara başlamağa çağırırıq."
Kulebanın İraqa səfərinin çox əhəmiyyətli olduğunu vurğulayan Hüseyn iki ölkə arasındakı əlaqələrlə yanaşı, regional məsələləri də müzakirə etdiklərini qeyd edib.
İraqa səfərinin iki ölkə arasında əlaqələrin inkişafının simvolu olduğunu qeyd edən Kuleba, "İraq hökumətinin izlədiyi siyasətlə əməkdaşlıq edirik" deyib.
Jalə
Manşet.az