Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ukraynada qanunsuz ilhaq etdiyi Xerson və Luqansk vilayətlərinə səfər edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kreml Putinin Xerson şəhərinə getdiyini və “Dnepr” döyüş qrupunun qərargahını ziyarət etdiyini bildirib.
Xerson və Zaporojye vilayətlərində vəziyyətlə bağlı məlumat alan Putin Luqansk vilayətinə gedib, buradakı “Vostok” döyüş qrupunun qərargahına baş çəkib, bölgədəki vəziyyətlə bağlı hərbi rəsmilərlə görüşüb.
Bəyanatda səfərlərin nə vaxt edildiyi barədə məlumat verilməyib.
Manşet.az