Netanyahu Səudiyyə Ərəbistanına çağırış etdi

09:59 - 18 Aprel 2023

Netanyahu Səudiyyə Ərəbistanına çağırış etdi

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istədiklərini və bunun ərəb-İsrail münaqişəsinə son qoymaq üçün “böyük addım” olacağını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail Baş Nazirliyinin mətbuat ofisi Benyamin Netanyahu ilə ABŞ senatoru Lindsey Qraham arasında Qərbi Qüdsdə görüşdən görüntüləri paylaşıb.

Səudiyyə Ərəbistanından İsrailə gedən Qraham Netanyahu ilə görüşdə " “Səudiyyə Ərəbistanına münasibətlərimizi yaxşılaşdırmaq istədiyimi və bunu İsraildəki dostlarımıza güvən verəcək şəkildə etməli olduğumuzu söylədim- deyib.

Qraham Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana bildirib ki, indi münasibətləri yaxşılaşdırmaq üçün ən yaxşı vaxtdır və ABŞ prezidenti Co Bayden Ər-Riyadla münasibətləri normallaşdırmaqda çox maraqlıdır.

"İnanıram ki, Respublikaçılar Partiyası ABŞ və Səudiyyə Ərəbistanı arasındakı münasibətləri dəyişdirmək üçün prezident Bayden ilə işləməkdən məmnun olacaq. Bu, Səudiyyə Ərəbistanının İsraili tanıması ilə nəticələnə bilər" - deyən Qraham, bu işdə əlindən gələni edəcəyini bildirib.

Netanyahu isə, "Biz Səudiyyə Ərəbistanı ilə normallaşma və sülh istəyirik. Biz bunu ərəb-İsrail münaqişəsinə son qoymaq üçün böyük addım kimi görürük" - deyə bildirib.

Netanyahu İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasının iki ölkə, eləcə də region və bütün dünya üçün tarixi nəticələr verə biləcəyini qeyd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az