Milyarder İlon Mask Microsoft və Google-un süni intellekt təşəbbüslərinə meydan oxumaq üçün "TruthGPT" adlandırdığı süni intellekt platformasını işə salacağını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İlon Mask, ChatGPT-yə rəqib olmaq üçün, "Mən TruthGPT adlandırdığım, maksimum həqiqəti axtaran, kainatın təbiətini anlamağa çalışan AI-ya başlayacağam" – deyib.
O, qeyd edib ki, TruthGPT "təhlükəsizliyə aparan ən yaxşı yol ola bilər" və "insanları məhv etmək ehtimalı çox azdır".
Manşet.az