İran Xarici İşlər Nazirliyi dünən iki ölkə arasında münasibətlərin yaxınlaşması fonunda Tehranın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səudu İrana dəvət etdiyini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bundan əvvəl Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud da İran prezidenti İbrahim Rəisini Ər-Riyada dəvət edib və Tehran bu dəvətə müsbət cavab verib. Digər tərəfdən, İranın yarı-rəsmi Xəbər Agentliyi Tasnim iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olaraq, mayın 8-dək qarşılıqlı səfirlərin təyin ediləcəyini bildirib.
Manşet.az