Rusiyanın Baltik Donanması yoxlama çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baltik Donanmasının mətbuat xidmətindən bildirilib ki, donanmanın Baltik dənizindəki bazasında yerləşən qüvvələr yoxlama çərçivəsində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilərək təlimə başlayıb.
Rusiyanın Krasnodar vilayətində keçirilən təlimdə donanmanın 1500-dən çox əsgəri, 10 döyüş gəmisi, 50 hərbi texnika, təyyarə və helikopter iştirak edir.
Manşet.az