Yaponiya Sahil Mühafizəsinə məxsus təlim təyyarəsi mühərrik nasazlığı səbəbindən Oita prefekturasındakı sahəyə sərt eniş edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarədə olan iki pilot yüngül xəsarət alıb.
Normal şəraitdə təxminən 1 saat 25 dəqiqə olması planlaşdırılan uçuş zamanı səbəbi bilinməyən mühərrik nasazlığı meydana gəlib. Bunun üzərinə təyyarə ABŞ şəhərindəki tarlaya sərt eniş edib.
Fövqəladə vəziyyət səbəbindən eniş etdikdən sonra pilotlar yanğınsöndürənlərə zəng edərək kömək istəyiblər. Yüngül xəsarət alan pilotlar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Manşet.az