ABŞ diplomatik karvanı atəşə tutulub

14:18 - 18 Aprel 2023

ABŞ diplomatik karvanı atəşə tutulub

ABŞ dövlət katibi Antoni Blinken, ordu ilə Sürətli Dəstək Qüvvələri adlanan yarımhərbi qüvvələr arasında qarşıdurmaların davam etdiyi Sudanda dünən Amerika diplomatik karvanının atəşə tutulduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinken, Sudanın paytaxtı Xartumda baş verən hadisədə ölən və ya yaralanan olmadığını, lakin tərəflərə hücumun qəbuledilməz olduğu barədə məlumat verildiyini bəyan edib.

"Bu hərəkət ehtiyatsızlıq, məsuliyyətsizlik idi" deyən Blinken hücum zamanı karvanda olanların həyatının təhlükə altında olduğunu qeyd edib.

Hadisə ilə bağlı araşdırma aparılır

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az