İsveçrə Konfederasiyasının prezidenti Alain Berset Rusiya-Ukrayna müharibəsində uzun müddət davam edən neytrallıq prinsipini əsas gətirərək ölkəsinin Ukraynaya sursat ixracına icazə vermək çağırışlarını rədd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Berset bildirib ki, onun hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsini qəti şəkildə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.
Bununla belə, Berset İsveçrənin uzun müddətdir davam edən neytrallıq ənənəsi və bununla bağlı qanunları səbəbindən münaqişədə heç bir tərəfə hərbi dəstək verə bilməyəcəyini də vurğulayıb.
"Heç kim bizdən öz qanunlarımızı pozmağı tələb edə bilməz. Xeyr, heç kim bizdən bunu tələb edə bilməz." Berset əlavə edib ki, bu məsələ ilə bağlı ölkə daxilində müzakirələr davam edir.
Manşet.az