İsrail qüvvələri Cenində 8 fələstinlini yaraladı

19:26 - 18 Aprel 2023

İsrail qüvvələri Cenində 8 fələstinlini yaraladı

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə təşkil etdiyi basqında 7-si həqiqi güllə ilə 8 fələstinli yaralanıb.

 

Manset.az xəbər verir ki, Fələstin mətbuatında yer alan xəbərlərə görə, İsrail əsgərləri Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.

Basqına reaksiya verən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb.

Dövlətə məxsus "Fələstinin Səsi Radiosu" İsrailin onlarla zirehli hərbi maşınının düşərgəyə və ətraf məhəllələrə daxil olduğunu açıqlayıb.

Xəbərdə, İsrail xüsusi təyinatlılarını daşıyan Fələstin nömrəli avtomobildən gənclərə atəş açıldığı, İsrail qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün qoyulan dəmir təpələri iki buldozerlə qaldırdığı bildirilib.

İsrail qüvvələri basqından bir saat yarım sonra bölgədən geri çəkilib.

Fələstin Səhiyyə Nazirliyi 7-si canlı güllə, 1-i isə qəlpə parçaları ilə 8 fələstinlinin yaralandığını açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az