13 yaşlı uşaq TikTok videosuna görə öldü

20:35 - 18 Aprel 2023

13 yaşlı uşaq TikTok videosuna görə öldü

ABŞ-nin Ohayo ştatında 13 yaşlı Ceykob Stivens TikTok-da "Benadryl Challenge" adlı çağırışı yerinə yetirmək üçün həddindən artıq dozada dərman qəbul edib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra xəstəxanaya aparılaraq süni nəfəs aparatına taxılan Stivens bütün müdaxilələrə baxmayaraq 6 gündən sonra dünyasını dəyişib.

Stivensin dostu tərəfindən paylaşılan videoda 13 yaşlı yeniyetmənin sosial mediada çağırışını yerinə yetirdikdən sonra qıcolmaya başladığı görünür.

Qeyd olunur ki, yeniyetmənin ailəsi "Benadryl" kimi dərmanların alınmasını yaşla məhdudlaşdırmaq üçün konqresə təzyiq etməyə çalışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az