İsraildə əsgərlər bazalarını tərk etdilər

10:26 - 19 Aprel 2023

İsraildə əsgərlər bazalarını tərk etdilər

İsrail ordusunun “Qolani briqadası”nın onlarla əsgəri bölük komandirinin işdən çıxarılmasına etiraz olaraq silahlarını yerə qoyaraq bazalarını tərk edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsraildə onlarla əsgər komandirlərinin qovulmasına cavab olaraq bazalarını tərk edib.

İsrailin "Yediot Ahronot" qəzetindəki xəbərdə sözügedən əsgərlərin Ramallahın qərbində, işğal altındakı İordan çayının qərb sahilindəki "Tzeelim" hərbi bazasında yerləşdiyi bildirilib.

Qeyd olunub ki, Qolani Briqadasında olan onlarla əsgər təlim zamanı “Tavor” tipli silahlarını hərbi bazada qoyub, bölük komandirinin işdən çıxarılmasına etiraz olaraq bazanı tərk edib.

İsrail Ordusu Qolani briqadasının komandirinin konkret bir hadisəyə görə deyil, vəzifəsini yerinə yetirməsindəki “uyğunsuzluğa” görə vəzifəsindən azad edildiyini açıqlamışdı.

Hadisə ilə bağlı istintaq və təhqiqat davam etdirilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az