Tayvanla bağlı istənilən ehtimala hazırıq – ABŞ

10:34 - 19 Aprel 2023

Tayvanla bağlı istənilən ehtimala hazırıq – ABŞ

ABŞ-ın Hind-Sakit Okean Qüvvələrinin komandanı, admiral Con C.Aquilino Çinin Tayvana mümkün hücumun qarşısının alınmasına cavabdeh olduğunu və ABŞ qüvvələrinin regionda istənilən vəziyyətə hazır olduğunu bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çinlə qarşıdurmanı alovlandırmadan Pekinin qarşısını almaq üçün çalışmağın lazım olduğunu ifadə edən ABŞ komandanlığı regionda mümkün münaqişəyə qarşı hər gün “daha ​​çox təcililik hissi ilə” hərəkət etməyin vacibliyini vurğulayıb.

Sakit okeanda müharibənin qapıda olmadığını və qaçılmaz da olmadığını ifadə edən Aquilino, "Ancaq bu onillik risklərin artdığı bir dövrdür. Keçmiş uğurlarımıza güvənərək dinc gələcəyə zəmanət verə bilmərik" – deyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az