Casus peyki buraxmağa hazırıq – Kim Çen In AÇIQLADI

12:36 - 19 Aprel 2023

Casus peyki buraxmağa hazırıq – Kim Çen In AÇIQLADI

Şimali Koreya lideri Kim Çen In ölkənin ilk hərbi casus peykinin orbitə buraxılması üçün bütün hazırlıqların tamamlandığını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Milli Aeronavtika və Kosmosun İnkişafı Administrasiyasını ziyarət edən Kim deyib ki, “işləyən hərbi kəşfiyyat peyki Şimali Koreyanın nüvə gücünə malik raketlərindən səmərəli istifadə etməsi üçün çox vacibdir”.

O, bildirib ki, 1 nömrəli hərbi kəşfiyyat peyki hazırlanıb və aprelin sonuna qədər peykin buraxılması ümidi ilə rəsmilərə göstəriş verib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az